ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı razılığa gələ bilər
ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın bu gün və ya sabah əldə olunması mümkündür.
"Stabil.az"ın xəbərinə görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində deyib.
"İranlılarla danışıqlar aparırıq. Hörmüz boğazının açılması və münaqişədə daha normal vəziyyətə keçidlə bağlı bu gün və ya sabah razılıq əldə etmək ehtimalı var", - Bessent bildirib.
Onun sözlərinə görə, mümkün razılaşma Hörmüz boğazından kommersiya gəmilərinin sərbəst hərəkətini nəzərdə tutur.
"Bu, gəmiçiliyin sərbəstliyi olacaq", - ABŞ maliyyə naziri vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





