ABŞ və İran arasında sülh memorandumu Cenevrədə imzalana bilər
ABŞ və İran arasında müharibənin dayandırılmasını nəzərdə tutan memorandumun bazar günü İsveçrənin Cenevrə şəhərində imzalanması ehtimal olunur.
"Stabil.az" xəbər verir ki, “Reuters“in mənbəyə istinadən xəbərinə görə, memorandumun mətni yekunlaşdırılır.
Bildirilib ki, İran razılaşmanın yalnız Körfəz regionunu yox, Livanı da əhatə etməsində israrlıdır.
Qeyd olunub ki, tərəflər ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın razılaşmanı imzalaması üçün sənədin mətnini şənbə gününədək yekunlaşdırmağa çalışırlar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





