ABŞ və İran arasında danışıqların növbəti raundu
26 Fevral 2026 23:28   27 Feb 2026 01:33 Paylaş

ABŞ və İran arasında danışıqların növbəti raundu baş tutub.

"Stabil.az" xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".

Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyinə görə İsveçrəyə təşəkkür edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol