ABŞ və İran arasında anlaşma memorandumunun bəzi müddəaları açıqlanıb
ABŞ və İran arasında razılaşdırılan memorandumda tərəflərin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasına sadiqliyini nəzərdə tutan müddəa yer alıb.
"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens danışıb.
"Memorandumun birinci bəndində əslində İranın, eləcə də ABŞ-ın regional sülh və sabitliyin qorunmasına sadiq olduğu bildirilir", - deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, razılaşmada İranın digər məsələlərlə yanaşı, "HƏMAS" və "Hizbullah" hərəkatlarına, eləcə də husilərə dəstəyi dayandıracağını nəzərdə tutur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





