ABŞ və Cənubi Koreya irimiqyaslı hərbi təlim keçirəcək
10 Avqust 2026 14:15   Paylaş

Cənubi Koreya və ABŞ gələn həftə irimiqyaslı birgə hərbi təlimlərə başlayacaq.

"Stabil.az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi qurumdan bildirilib.

Ümumi müdafiə hazırlığının artırılmasına xidmət edən "Ulchi Freedom Shield (UFS)" təlimləri avqustun 17-dən 27-dək keçiriləcək. Hər il keçirilən bu təlimlər fövqəladə hallarda Şimali Koreyaya qarşı tədbirlərə hazırlıq kimi qiymətləndirilir.

UFS təlimləri hərbi əməliyyat komandanlığının (OPCON) yenidən Vaşinqtondan Seula keçməsindən sonra müttəfiqlərin Cənubi Koreyanın birləşmiş qüvvələrə rəhbərlik etmək qabiliyyətini qiymətləndirə biləcəyi poliqon hesab olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol