ABŞ və Avropa birjalarında indeks göstəriciləri açıqlanıb
30 Yanvar 2026 10:11   Paylaş

Dünya fond bazarlarının əsas indeks göstəricilərində dəyişikliklər qeydə alınıb.

“Stabil.az" fond bazarlarının məlumatlarına istinadən xəbər verir ki, Amerika fond bazarlarında Dow Jones indeksi 0,11 faiz artaraq 49 071,56 bəndə yüksəlib. S&P 500 indeksi 0,13 faiz artımla 6 969,01 bəndə çatıb. Nasdaq indeksi isə 0,72 faiz azalaraq 23 685,12 bənd təşkil edib.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,17 faiz artaraq 10 171,76 bəndə yüksəlib. Almaniyanın DAX indeksi 2,07 faiz azalaraq 24 309,46 bəndə enib. Fransanın CAC-40 indeksi isə 0,06 faiz artımla 8 071,36 bənd olub.

Bununla yanaşı, dünya valyuta bazarlarında avronun dollara qarşı məzənnəsi 0,34 faiz azalaraq 1,1930 dollar səviyyəsində qərarlaşıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol