ABŞ Tayvan məsələsinə görə Çinlə hərbi qarşıdurmadan çəkinir
ABŞ Tayvanın müstəqilliyi məsələsinə görə Çinlə müharibə aparmaq istəmədiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
"Mən bunu belə deyəcəyəm: istəmirəm ki, kimsə müstəqillik elan etsin və sonra döyüşmək üçün 9500 mil yol qət etsin", - Tramp deyib.
Tramp vəziyyətin belə qalacağı təqdirdə Pekinin adaya qarşı heç bir tədbir görməyəcəyini də bildirib.
"Biz istəmirik ki, kimsə “Gəlin müstəqillik elan edək, çünki ABŞ bizi dəstəkləyəcək” desin", - Tramp əlavə edib.
Qeyd edək ki, rəsmi Pekin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ın Tayvana silah satışı ənənəvi olaraq Vaşinqton və Pekin arasındakı münasibətlərdə əsas gərginlik nöqtəsi olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





