ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkotik daşıyan gəmini vurub
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələr daşıyan gəmiyə zərbə endirib.
"Stabil.az"ın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.
"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə mayın 29-da "Cənub nizəsi" birgə əməliyyat qrupu gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatları təsdiqləyib ki, sözügedən gəmi Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirmiş və narkotrafikin həyata keçirilməsi üçün istifadə olunub", - məlumatda bildirilib.
Əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





