ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib
17 Sentyabr 2026 22:20   18 Sep 2026 00:48 Paylaş

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısı və əlaqədar avadanlığın mümkün satışına razılıq verib.

"Stabil.az" xəbər verir ki, satış paketinin təxmini dəyəri 24,3 milyard dollardır. Paketə 49 mühərrik, ehtiyat hissələri, proqram təminatı, təlim və texniki-logistik dəstək daxildir.

Açıqlamaya görə, mümkün satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını və ABŞ qüvvələri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək, regiondakı hərbi tarazlığı isə dəyişməyəcək. Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləridir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol