ABŞ səfirliyi Xocalı qurbanlarının xatirəsini yad edir
26 Fevral 2026 11:06   Paylaş

“Biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”,

"Stabil.az" xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib.

“ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, - səfirlikdən bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol