ABŞ səfiri Suriya Demokratik Qüvvələri ilə razılaşmanı dəyərləndirib
ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Mazlum Abdi ilə görüşüb.
"Stabil.az" xəbər verir ki, Tomas Barak bu barədə “X” hesabında məlumat verib.
Diplomat bildirib:
“ABŞ yanvarın 18-də Suriya hökuməti və SDQ arasında əldə olunan razılaşmada nəzərdə tutulan inteqrasiya prosesinə öz güclü dəstəyini bir daha vurğuladı. Bütün tərəflər razıdır ki, indi lazım olan ilk addım atəşkəsin qorunub saxlanılmasıdır. Biz davamlı sabitliyə nail olmaq üçün bütün tərəflər üzrə etimad qurucu tədbirlərin icrasını davam etdiririk”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





