ABŞ Raul Kastronun ekstradisiyasında israrlı mövqe sərgiləyir
29 May 2026 12:10   Paylaş

ABŞ Kuba inqilabının liderlərindən biri Raul Kastronun ölkəyə qaytarılması üçün bütün mümkün addımların atılacağını bəyan edib.

"Stabil.az"ın məlumatına görə, ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş bunu Fox News-a verdiyi müsahibədə bildirib.

"Bizə Kastronun burada məhkəmə qarşısına çıxması lazımdır. Onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.

Blanşın sözlərinə görə, Vaşinqton adətən bu məqsədlərə ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə nail olur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol