ABŞ prezidentinin xüsusi elçisi sabah İsraildə olacaq
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff sabah İsrailə səfər edəcək.
“Stabil.az” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Stiv Uitkoff İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirəcək.
Nəşrin qeydinə görə, görüşlər İranla münasibətlərdə regional gərginliyin artdığı, eyni zamanda Tramp administrasiyasının Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı planının icrası istiqamətində fəal səylər göstərdiyi bir dövrə təsadüf edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





