ABŞ Prezidenti Venesuelanın iqtisadi yüksəlişini proqnozlaşdırır
ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Venesuela ilə bağlı açıqlama verərək, keçmiş Prezident Nikolas Maduronun devrilməsindən sonra ölkənin ABŞ-ın nəzarəti altında “fantastik şəkildə çiçəklənəcəyini” bildirib.
"Stabiil.az" “Reuters” agentliyinə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Venesuela yaxın altı ay ərzində son 20 ildə əldə etdiyindən daha çox gəlir qazanacaq.
O qeyd edib ki, iri neft şirkətləri bu prosesə qoşulmağa başlayıb:“Bütün iri neft şirkətləri bizə qoşulur. Bu, heyrətamizdir”.
ABŞ Prezidenti müvəqqəti prezident Delsi Rodrigesin administrasiyasının fəaliyyətini müsbət qiymətləndirərək, onların ABŞ hakimiyyəti ilə yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.
Tramp əlavə edib:“Hücum başa çatdıqdan sonra onlar dedilər: gəlin, razılaşma bağlayaq. İnsanların əksəriyyəti məhz belə davranmalıdır”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





