ABŞ Prezidenti Qrenlandiyanın ABŞ-a aid olduğunu bəyan edib
21 Yanvar 2026 20:58   Paylaş

Qrenlandiyanın qorunması baxımından Danimarkanın imkanlarını zəif qiymətləndirən ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

"Stabil.az" “Reuters” agentliyinə istinadla xəbər verir ki, Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirib: “Bu ərazi bizim üçün həm milli, həm də beynəlxalq təhlükəsizlik baxımından vacibdir. Nəhəng və kifayət qədər qorunmayan bu ada faktiki olaraq Şimali Amerikanın bir hissəsidir. Ora bizim ərazidir”.

ABŞ Prezidenti Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsi məsələsinin yenidən müzakirə olunması üçün danışıqlara dərhal başlanılmasının vacibliyini də vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol