ABŞ prezidenti Netanyahu ilə İran məsələsini müzakirə edəcək
Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək onu İrana qarşı hərbi addımdan yayındırmağa çalışacaq.
"Stabil.az" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İsrailin 12-ci Kanalına açıqlamasında deyib.
Tramp İsrail ərazisinə raket hücumuna cavab olaraq Netanyahunu İrana hücum etməkdən çəkindirmək istədiyini bildirib:
"İndi Netanyahuya zəng edib deyəcəyəm ki, İrana cavab olaraq hücum etməsin".
Amerika liderinin sözlərinə görə, İranın zərbəsi nəticəsində İsraildə heç kim xəsarət almayıb: "Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu - Qeyd) cavab verərsə, onda son 47 il və ya 3000 ildir baş verənlər davam edəcək".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





