ABŞ prezidenti İranın Pikaks dağındakı nüvə obyektinə zərbə endiriləcəyi ilə bağlı xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp razılıq əldə olunmayacağı təqdirdə İranın Pikaks dağındakı nüvə obyektinin və digər hədəflərin vurula biləcəyini bildirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, hazırda bizim (ABŞ - red.) çox güclü mövqeyimiz var. Onlar bilirlər ki, müqavilə bağlamasalar, mən nə edəcəyəm. Körpülər yoxa çıxacaq. Sözün əsl mənasında 2 saatdan az bir müddətdə böyük körpülərin əksəriyyəti məhv ediləcək - elektrik stansiyaları isə, bir gün ərzində", - o bildirib.
Onun sözlərinə görə, Tehranla danışıqlar "yaxşı" keçir: "Pikaksda nələrin baş verdiyini dəqiq bilirəm, bu, böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik və əgər razılaşma əldə olunmasa, Pikaksı da məhv etməli olacağıq. Biz onu çox asanlıqla məhv edəcəyik".
Bununla belə, D.Tramp qeyd edib ki, o, İranın elektrik stansiyalarına və körpülərinə zərbə endirməkdən yayınmağa üstünlük verərdi: "Mən buna can atmıram".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





