ABŞ Prezidenti: Biz 8 münaqişəni dayandırmağa nail olduq
Bu gün olduqca əlamətdar gündür. Qəzza ilə bağlı Sülh Şurasına qoşulmaq istəyən ölkələrin sayı çoxdur. Son bir neçə gün ərzində dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu iş adamları və dövlət rəhbərləri ilə görüşlər keçirmişik.
"Stabil.az" xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində çıxışı zamanı səsləndirib.
ABŞ Prezidenti qeyd edib ki, tədbir Qəzza ilə bağlı Sülh Şurasının yaradılması məqsədilə təşkil olunub. Onun sözlərinə görə, Yaxın Şərqdə sülh təmin edilib və bir çoxları bunun mümkün olacağına inanmırdı. Donald Tramp bildirib ki, görülən işlər nəticəsində ümumilikdə səkkiz müharibəyə son qoyulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





