ABŞ ordusu İrana qarşı əməliyyat zamanı 13 hərbçisini itirib
ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan bu yana 13 amerikalı hərbçi həyatını itirib, təxminən 200 nəfər yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, yaralanan hərbçilərdən 10-nun vəziyyəti ağırdır, 170 nəfər isə artıq xidmətə qayıdıb.
Nəşr qeyd edir ki, təkcə cümə axşamı günü “KC-135 Stratotanker” tipli Amerika tanker təyyarəsinin qəzaya uğraması nəticəsində altı hərbçi həlak olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





