ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub
3 Fevral 2026 23:18   04 Feb 2026 01:17 Paylaş

ABŞ ordusu Ərəbistan dənizində "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

"Stabil.az"ın məlumatına görə, ABŞ ordusunun Mərkəzi Komandanlığının sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins bildirib ki, İranın "Şahed-139" PUA-sı təyyarədaşıyan gəmiyə doğru uçuş həyata keçirib.

"Abraham Linkoln”da olan F-35C qırıcı təyyarəsi özünümüdafiə və təyyarədaşıyan gəmini və göyərtədəki şəxsi heyəti qorumaq üçün İran pilotsuz uçuş aparatını vurub",-deyə məlumatda bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol