ABŞ nümayəndə heyəti İrəvan səfərinə başlayıb
ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərliyindəki nümayəndə heyəti İrəvana səfər edib.
"Stabil.az"ın məlumatına görə, bu barədə nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial şəbəkələrdə məlumat verib.
O, Ermənistanın paytaxtındakı hava limanından foto paylaşıb: "Növbəti dayanacaq: İrəvan, Ermənistan".
Daha əvvəl məlumat verilmişdi ki, Vens bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və danışıqların yekununda onlar mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.
Next stop: Yerevan, Armenia. pic.twitter.com/JQ399uyr8H
— Under Secretary of State Jacob S. Helberg (@UnderSecE) February 9, 2026
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





