ABŞ-nin və Çinin nümayəndələri Donald Trampın Çinə səfərini müzakirə edir
6 May 2026 22:32   Paylaş

Çinin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvafiq qurumları Prezident Donald Trampın Pekinə nəzərdə tutulan səfəri ilə bağlı əlaqə saxlayır.

"Stabil.az" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien brifinqdə bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl martin sonunda Çinə səfər edəcəyini, amma İranla bağlı yaranmış vəziyyətə görə səfərini may ayına təxirə saldığını açıqlayıb. Donald Tramp “Truth Social” sosial media hesabında mayın 14-15-də Pekində Sədr Si Cinpinlə görüşəcəyini yazıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol