ABŞ-nin İrana qarşı hərbi əməliyyatların dəyəri 55,9 milyard dollar olub
ABŞ tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlara 55,9 milyard dollar vəsait sərf edilib.
"Stabil.az" xəbər verir ki, bu barədə İran Müharibəsi Xərcləri İzləyicisi portalı məlumat yayıb.
Bildirilib ki, əməliyyatın başlanmasından 50 gün ötür və bu müddət ərzində xərclər qeyd olunan məbləğə çatıb. Portal məlumatları real vaxt rejimində yeniləyir və şəxsi heyətin saxlanılması, bölgəyə göndərilən gəmilər və digər əlaqəli xərclər daxil olmaqla ümumi maliyyə yükünü hesablayır.
Qeyd olunur ki, hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi hesabatlara əsaslanır. Həmin sənədlərə görə, əməliyyatın ilk altı günündə 11,3 milyard dollar xərclənib, sonrakı mərhələdə isə gündəlik xərclərin təxminən bir milyard dollara çatacağı proqnozlaşdırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





