ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, 3 nəfər ölüb
Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan gəmi ABŞ silahlı qüvvələri tərəfindən zərbəyə məruz qalıb və hadisə zamanı itkilər qeydə alınıb.
"Stabil.az"ın məlumatına görə, ABŞ Silahlı Qüvvələrin Cənub Komandanlığı bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiqləyib", - məlumatda deyilir.
Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Pentaqon katibi Pit Heqset 2025-ci ilin noyabr ayında narkotik əleyhinə "Cənubi nizə" əməliyyatının başladığını elan edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





