ABŞ millisinin ulduzu Kris Pol karyerasını başa vurub
14 Fevral 2026 17:31   14 Feb 2026 19:47 Paylaş

ABŞ-nin basketbol yığmasının heyətində ikiqat Olimpiya çempionu olmuş Kris Pol karyerasını başa vurub.

“Stabil.az” xəbər verir ki, təcrübəli oyunçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Ötən yay “Los-Anceles Klippers”ə qayıdan Pol 2025/2026 mövsümünün karyerasında sonuncu olacağını açıqlamışdı. Bu ayın əvvəlində “Toronto Reptors”a keçsə də, ötən gün klubla yollarını ayırıb.

Cari mövsümdə Pol ümumilikdə 16 matçda meydana çıxıb. O, 2008 və 2012-ci illərdə ABŞ millisinin heyətində olimpiya çempionu adını qazanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol