ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ administrasiyası nikel istehsalı və ölkənin hərbi-sənaye kompleksi ilə əlaqəsi olan 11 kubalı şəxs və təşkilata qarşı məhdudiyyətlər tətbiq edib.
"Stabil.az"ın məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Kommunist Kuba ABŞ-nin milli təhlükəsizliyinə davamlı təhdid yaradır. Sadə kubalılar elektrik kəsintilərinə, qida çatışmazlığına və vəhşiliyə dözərkən, ölkənin elitası adanın resurslarını mənimsəməyə davam edir. Birləşmiş Ştatları bu sistemi dəstəkləyənlərə sanksiyalar tətbiqinə davam edəcək.
Bu gün Kuba hökumətinin adanın nikel sərvətlərini istismarına və hərbi imkanlarının inkişafını dəstəklədiyinə görə daha 11 təşkilat və şəxsə sanksiyalar tətbiq edirəm", - o yazıb.
Dövlət Departamentinin saytında yerləşdirilmiş sənədə görə, sanksiyalar nikel ehtiyatları ilə əlaqəli dörd dövlət müəssisəsini, silah sistemləri sahəsində tədqiqat və inkişafla məşğul olan dörd hərbi müəssisəni və üç hərbi məmuru hədəf alıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





