ABŞ Kuba ilə danışıqlarda iqtisadi islahatları müzakirə edib
ABŞ və Kuba nümayəndələri arasında aparılan danışıqlarda Amerika tərəfi adada genişmiqyaslı iqtisadi islahatlar məsələsini gündəmə gətirib.
"Stabil.az" xəbər verir ki, bu barədə "NewsNation" jurnalisti Kelli Meyer ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, görüş zamanı rəqabət qabiliyyətini artırmaq, xarici investisiyaları cəlb etmək və özəl sektorun inkişafı imkanlarını genişləndirmək məqsədilə Kubanın iqtisadi və inzibati sahələrində ciddi islahatların aparılmasının zəruriliyi müzakirə edilib.
Bundan əlavə, Meyerin qeyd etdiyi kimi, ABŞ nümayəndələri Starlink peyk rabitə sisteminin Kubaya daxil olmasına icazə vermək təşəbbüsü ilə çıxış ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




