ABŞ komandanlığı İranın Hörmüz təlimlərinə xəbərdarlıq etdi
31 Yanvar 2026 13:32   Paylaş

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında planlaşdırılan ikigünlük hərbi-dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə həyata keçirməyə çağırıb.

"Stabil.az" xəbər verir ki, CENTCOM-un bəyanatında bildirilib ki, Hörmüz boğazı beynəlxalq dəniz keçidi və regional iqtisadi rifahı dəstəkləyən əsas ticarət dəhlizidir.

Bəyanatda qeyd olunub ki, SEPAH-ın qeyri-peşəkar hərəkətləri regionda gərginliyin artmasına, sabitliyin pozulmasına və beynəlxalq ticarət gəmiçiliyinə zərər verə bilər. CENTCOM həmçinin bildirib ki, ABŞ-nin Yaxın Şərqdə fəaliyyət göstərən heyəti, gəmiləri və aviasiyasının təhlükəsizliyi təmin ediləcək.

Qeyd edək ki, SEPAH-ın hərbi-dəniz təlimləri 1-2 fevral tarixlərində keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol