ABŞ İran neftinə tətbiq edilən sanksiyaları müvəqqəti dondurur
18 May 2026 18:54   Paylaş

Vaşinqton administrasiyası Tehranla aparılan danışıqlar çərçivəsində ölkənin neft sektoruna qarşı tətbiq olunan iqtisadi sanksiyaların müvəqqəti olaraq dayandırılmasına razılıq verib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Bu arada, İranın "Tasnim" agentliyi mənbəyə istinadən bildirib ki, əvvəlki razılaşmalardan fərqli olaraq, ABŞ yeni təklifində danışıqlar müddətində İrana qarşı neft sanksiyalarının ləğvinə razılıq verib.

Tehran ölkəyə qarşı bütün sanksiyaların ləğvinin ABŞ-nin öhdəliklərinin bir hissəsi olmasında təkid edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol