ABŞ İran nefti ilə bağlı sanksiya paketini yeniləyib
29 May 2026 19:38   Paylaş

Hörmüz boğazında gəmi daşımalarının təmin olunması barədə razılaşmalara baxmayaraq, ABŞ İranın neft ixracı sektoruna qarşı yeni sanksiyalar tətbiq edib.

"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

İran nefti və neft məhsullarının daşınmasında iştirak edən səkkiz gəmi məhdudiyyətlərə məruz qalıb. Bunlara müvafiq olaraq Marşal adaları, Komor adaları və Panama bayraqları altında üzən Flora, Hauncayo və Ill Gap tankerləri daxildir.

Bundan əlavə, Honkonqda qeydiyyatdan keçmiş Worth Seen Energy Limited, eləcə də Dubayda yerləşən Symphony Shipping and Maritime Management Inc. daxil olmaqla 15-dən çox şirkətə qarşı sanksiyalar tətbiq edilib.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın neft gəlirlərini artırmasının qarşısını almaq niyyətindədir və bu gəlirlər ölkənin hərbi potensialını gücləndirmək üçün istifadə edilə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol