ABŞ-ın kəşfiyyat dronu Qara dəniz üzərində uçuş həyata keçirib
3 Fevral 2026 10:35   Paylaş

Amerikanın kəşfiyyat dronu Qara dənizin cənub hissəsi üzərində müşahidə edilib.

“Stabil.az"ın məlumatına görə, bunu “Flightradar” izləmə xidmətinin məlumatları təsdiqləyir.

Məlumata əsasən, “Northrop Grumman RQ-4B Global Hawk” tipli dron İtaliyanın Siqonella aviabazasından havaya qalxıb.

Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, pilotsuz uçuş aparatı Türkiyə sahilləri yaxınlığında və Qara dənizin neytral sularında dairəvi manevrlər həyata keçirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol