ABŞ-ın bir neçə ştatında ekstremal hava şəraiti və fövqəladə vəziyyət elan edilib
26 Yanvar 2026 12:38   Paylaş

ABŞ-a güclü qar və şaxtalar gətirən “Fern” qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Stabil.az" xəbər verir ki, “BBC”nin məlumatına görə, ABŞ-ın 200 milyondan çox sakini qar fırtınasının təsirinə məruz qala bilər. Ölkədə ərzaq mağazalarının rəfləri sürətlə boşalır, yerli sakinlər isə yaxın günlərdə evlərində təcrid olunmağa hazırlaşırlar.

Ölkənin 24 ştatında ekstremal hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub. Qasırğa səbəbindən 17 mindən çox aviareys ləğv edilib. Böyük şəhərlərdə dərslər ya ləğv olunub, ya da distant təhsil rejiminə keçirilib.

Bazar günü Texasdan Şimali və Cənubi Karolinayadək səkkiz ştatda bir milyondan çox ev və müəssisə işıqsız qalıb. Qasırğadan ən çox zərər Tennessi ştatına dəyib.

Sinoptiklərin proqnozuna görə, bazar ertəsi qasırğa Şərq sahilindən uzaqlaşaraq Atlantik okeanına doğru hərəkət edəcək və Arktika hava axını ilə müşayiət olunacaq. Bu isə qar və şaxtaları bir qədər də gücləndirəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol