ABŞ-ı bürüyən qar fırtınasında ölənlərin sayı 73-ə çatdı
29 Yanvar 2026 14:35   Paylaş

ABŞ-da günlərdir davam edən qar fırtınası nəticəsində ölənlərin sayı azı 73 nəfərə çatıb.

"Stabil.az" "CBS News" telekanalına istinadən xəbər verir ki, fırtınanın birbaşa təsirindən 49 nəfər həyatını itirib, müxtəlif ştatlarda isə fırtınayla əlaqəli ola biləcək əlavə 24 ölüm hadisəsi qeydə alınıb. Telekanal ölüm səbəbləri kimi donvurmanı, yol-nəqliyyat qəzalarını və əllə qar təmizləmə zamanı baş verən ürək tutmalarını göstərib.

Kəskin hava şəraiti Birləşmiş Ştatların 200 milyondan çox sakininə təsir edib. Bəzi ərazilərdə qarın hündürlüyü 50 santimetri ötüb. Əlverişsiz hava şəraiti səbəbindən ötən həftəsonundan bəri ölkə daxilində on minlərlə aviareys ləğv edilib. Tennessi və Missisipi ştatları başda olmaqla, 300 min nəfər hələ də elektriksiz qalıb.

Milli meteorologiya xidməti bəzi ştatların “son onilliklərdə ən uzun soyuq hava dövrü” ilə üzləşə biləcəyini xəbər verir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol