ABŞ Hərbi Dəniz Qüvvələri İran ətrafında blokadanı saxlayır
16 Aprel 2026 15:30   Paylaş

ABŞ Hərbi Dəniz Qüvvələri İran limanları və Hörmüz boğazında blokada tədbirlərini davam etdirir.

"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

"ABŞ hərbçiləri İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin ABŞ tərəfindən blokadasını dəstəkləmək üçün regional suların monitorinqini və patrul xidmətini davam etdirir", - məlumatda bildirilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətləri qorumaq üçün Hörmüz boğazını həmişəlik açdığını bəyan etsə də, bu qərar rəsmi təsdiqini tapmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol