ABŞ Filippindəki bazalardan istifadədə çətinliklərlə üzləşib
Filippin milli müdafiə katibi Gilberto Teodoro bildirib ki, ikitərəfli razılaşma çərçivəsində ABŞ ordusuna təhvil verilən obyektlər həllini tapmamış torpaq problemlərinə görə məhdud şəkildə istifadə olunur.
"Stabil.az" xəbər verir ki, bu barədə filippinli nazir "ABS-CBN"yə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, bir sıra ərazilərdə müvafiq infrastrukturun inkişafı gecikir və bəzi bazalarda hələ də lazımi hava qüvvələri yoxdur:
"Torpaq və əmlak məsələləri hələ də həll olunmadığı üçün Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi (EDCA) çərçivəsində obyektlərin istifadəsi məhdudlaşıb".
O, həmçinin layihələrin icrasının yavaş irəlilədiyini etiraf edib, lakin hansı bazalardan danışdığını dəqiqləşdirməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





