ABŞ Ebola təhlükəsinə görə üç Afrika ölkəsinə səfər edən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırıb
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi “Ebola” epidemiyası ilə əlaqədar son 21 gündə Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudanda olmuş əcnəbilərin ölkəyə girişini müvəqqəti məhdudlaşdırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.
Qərarın dərhal qüvvəyə mindiyi və 30 gün müddətində qüvvədə qalacağı qeyd olunur.
Eyni zamanda bildirilir ki, bu ölkələrdə olmuş ABŞ vətəndaşları və qanuni daimi sakinlər ölkəyə qayıtdıqdan sonra gücləndirilmiş tibbi nəzarətdən keçmək üçün Vaşinqton hava limanına yönləndiriləcəklər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





