ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
1 İyun 2026 10:17   Paylaş

ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycanda işgüzar səfərdədir.

"Stabil.az" bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Kaleb Orrun Azərbaycana səfəri iyunun 3-dək davam edəcək.

Qeyd edək ki, Bakıda iyunun 1-2-si tarixlərində Bakı Enerji Həftəsi (Baku Energy Week) keçiriləcək, həmçinin ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol