ABŞ Dövlət katibi Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Marko Rubio Vaşinqtonda İsrail və Livan səfirləri arasında keçiriləcək danışıqlarda iştirak edəcək.
"Stabil.az"ın məlumatına görə, bu barədə Dövlət Departamenti rəsmisi açıqlama verib.
"Müzakirələr İsrailin şimal sərhədinin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi və Livan hökumətinin öz ərazisi və siyasi həyatı üzərində tam suverenliyi bərpa etmək əzmini dəstəkləmək istiqamətində olacaq. İsrail Livanla deyil, “Hizbullah”la müharibə vəziyyətindədir, ona görə də iki qonşunun danışmaması üçün heç bir səbəb yoxdur",- deyə açıqlamada qeyd olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





