ABŞ Dövlət katibi Münxendə Zelenski ilə görüşə biləcəyini bildirib
ABŞ Dövlət katibi Marko Rubio Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, Rubio bu barədə Münxen Təhlükəsizlik Konfransına yola düşərkən hava limanında jurnalistlərə danışıb.
O bildirib ki, hazırda ilin ən soyuq dövrüdür və insanlar müharibə səbəbindən ciddi əziyyət çəkirlər.
“Buna görə də bir ildən çoxdur ki, bu müharibəyə son qoymaq üçün çox çalışırıq”, – deyə ABŞ Dövlət katibi əlavə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





