ABŞ Dövlət katibi Marko Rubio Ermənistana gedəcək
Marko Rubionun mayın 26-da Ermənistana səfər edəcəyi bildirilib.
"Stabil.az" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər zamanı M.Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək, bundan sonra isə mətbuat üçün birgə bəyanatla çıxış ediləcək.
Tərəflər həmçinin ikitərəfli sənədlərin imzalanmasını planlaşdırırlar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





