ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti qoyub
29 Sentyabr 2026 11:22   Paylaş

ABŞ hakimiyyəti korrupsiya və narkotik alverinə dəstəkdə iştirakı olduğunu hesab etdiyi Boliviya, Kolumbiya, Peru və Ekvadorun bəzi vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott yazılı açıqlamasında bildirib.

"Tramp administrasiyası dövründə korrupsiyaya bulaşmış xarici vəzifəli şəxslər artıq ABŞ-a sərbəst şəkildə daxil ola bilməyəcəklər", – Piqott qeyd edib.

Onun sözlərinə görə, Dövlət Departamenti Qərb yarımkürəsində demokratiyanın korrup siya və narkotik alverindən qorunması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün tədbirlər görür.

Viza məhdudiyyətləri 12 Boliviya, 2 Kolumbiya, 1 Peru və 2 Ekvador vətəndaşına şamil edilir. Siyahıda prokurorluq və hüquq-mühafizə orqanlarının keçmiş və hazırkı əməkdaşları, həmçinin hakimlər də var.

Piqott bildirib ki, ABŞ qara siyahıya salınan şəxslərdən bəzilərinə əvvəllər veril miş vizaları da ləğv edəcək.

ABŞ və bir sıra Latın Amerikası ölkələri narkotik kartelləri ilə mübarizə və birgə hərbi əməliyyatların həyata keçirilməsini nəz ərdə tutan "Amerika Qalxanı" alyansında iştirak edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol