ABŞ-də qar uçqunu: 10 xizəkçi itkin düşüb
ABŞ-nin Kaliforniya ştatında, Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə qar altında ilişib qalıb.
"Stabil.az" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata əsasən, qar uçqunu məşhur xizək mərkəzlərindən biri olan Taho gölünün şimal-qərbində yerləşən Kasl Pik bölgəsində, Truki şəhəri yaxınlığında qeydə alınıb. Hadisədən sonra 10 xizəkçinin itkin düşdüyü, daha 6 nəfərin isə xilasetmə gözləyərkən çətin vəziyyətdə qaldığı bildirilib.
Qeyd olunur ki, Kasl Pik ərazisinə yaxın xizək kurortu ərazisində təxminən 75 santimetr qalınlığında qar yağıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





