ABŞ-də fırtına və daşqınlar insan tələfatına səbəb olub
17 Avqust 2026 10:31   Paylaş

ABŞ-nin İndiana ştatında fırtına və daşqın nəticəsində azı yeddi nəfər ölüb.

"Stabil.az" "New York Times" qəzetinə istinadən xəbər verir ki, ölənlərin 4-86 yaşlı şəxslərdir.

Fırtına ştatı 11 avqustda vurub. Bəzi ərazilərdə küləyin sürəti 44 m/s-ni keçib və suyun səviyyəsi 113 illik maksimuma çatıb.

"PowerOutage.us"un məlumatına görə, fırtına səbəbindən İndiana və Havayın 280 000-dən çox sakini elektriksiz qalıb. İndianada daşqınlar səbəbindən 130 400-dən çox insan, Havayda isə təxminən 151 500 abonent elektriksiz qalıb.

Havayda elektrik kəsintiləri əsasən "Lala" qasırğasından zərər çəkən Havay, Honolulu və Maui dairələrinə təsir edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol