ABŞ-də atışma nəticəsində üç nəfər həlak olub
1 Mart 2026 18:00   02 Mar 2026 02:03 Paylaş

ABŞ-nin Texas ştatının Ostin şəhər mərkəzində baş verən atışma nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

"Stabil.az"-ın məlumatına görə, bu barədə "Austin American-Statesman" qəzeti xəbər verib.

"İlkin məlumata görə, azı 17 nəfər xəstəxanalara aparılıb", - qəzet yazıb.

Məlumata görə, atışma bu səhər Qərbi Altıncı və Nueces küçələrinin kəsişməsində başlayıb. Ostin polisi yerli hüquq-mühafizə orqanı əməkdaşının şübhəlini güllələyərək öldürdüyünü təsdiqləyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol