ABŞ-də 50 milyona yaxın insan fırtına və tornado təhlükəsi ilə üz-üzə qalıb
19 May 2026 11:57   Paylaş

Ötən gün təxminən 50 milyon ABŞ sakini güclü ildırım çaxması və dağıdıcı tornado riski ilə müşayiət olunan kəskin hava şəraitinin mənfi təsirlərinə məruz qalıb.

"Stabil.az" xəbər verir ki, ABC telekanalının məlumatına görə, Ayova, Kanzas, Minnesota və Nebraska ştatlarında azı 20 tornado qeydə alınıb. Fırtına nəticəsində bir neçə ev dağılıb. Hələlik ölüm və ya xəsarət halları barədə məlumat yoxdur.

Bundan əlavə, həmin ştatlarda və daha bir neçə digər ştatda güclü küləklərlə müşayiət olunan ildırımlı hava müşahidə edilib.

Bu gün, həmçinin Texasın cənubundan ABŞ-ın şərq sahilindəki Vermonta qədər şiddətli ildırım çaxmaları və tornado gözlənilir. Kanzas, Missuri və Nebraska sakinlərinə mümkün daşqınlar barədə xəbərdarlıq edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol