ABŞ-da son 10 ilin ən güclü qarı: 18 nəfər ölüb
ABŞ-a yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb.
"Stabil.az"ın məlumatına görə, mərkəzi, şərqi və cənub ştatları əhatə edən qarın hündürlüyü əksər bölgələrdə 20-30 santimetr olub.
Müxtəlif ştatlarda 800 min insan elektrik enerjisiz qalıb. Bazar ertəsi 4000 uçuş təxirə salınıb. Ötən gün bu rəqəm 11 min olub.
Qeyd edək ki, bu, ABŞ-da son 10 ilin ən güclü qar yağması kimi qiymətləndirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




