ABŞ Almaniyaya radar və raket sistemləri daxil olmaqla 11,9 milyard dollarlıq hərbi texnika satacaq
18 Aprel 2026 12:23   Paylaş

ABŞ Almaniyaya radar sistemləri, MK-41 dəniz raket buraxılış kompleksləri, naviqasiya və elektron müharibə texnologiyaları da daxil olmaqla 11,9 milyard dollar dəyərində hərbi texnika satmağı planlaşdırır.

"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsasən elektronika və dəniz silahlarını əhatə edən bu müqavilə Almaniyanın “Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün bir qüvvə” kimi təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Qeyd olunur ki, müqavilənin əsas podratçıları “Lockheed Martin” və “RTX” şirkətləri olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol