Abbas Əraqçi və Məhəmmədbaqer Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
15 İyun 2026 09:47   Paylaş

İran Parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə müqavilə bağlamaq üçün Cenevrəyə səfəri planlaşdırılır.

"Stabil.az"ın məlumatına görə, bu barədə "The New York Times" İran rəsmilərinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, Amerikanı 19 iyunda keçirilməsi planlaşdırılan mərasimdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens təmsil edəcək.

Qeyd olunur ki, mərasim baş tutsa, bu, Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksək səviyyəli təmas olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol