Abbas Əraqçi: Tehran Moskvanın dəstəyini hiss edir
27 Aprel 2026 20:15   Paylaş

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Rusiya tərəfindən göstərilən dəstəyi hiss etdiyini bildirib.

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi "İzvestiya"ya açıqlamasında bildirib.

O vurğulayıb ki, İran İslam Respublikası və Rusiya bir-birini dəstəkləyən strateji tərəfdaşlardır.

"İran və Rusiya strateji tərəfdaşlardır. Rusiya həmişə bizi dəstəkləyib, biz də həmişə rusiyalıları dəstəkləmişik. Əməkdaşlığımız davam edəcək", - İran XİN başçısı qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol