Abbas Əraqçi İran zəvvarlarına yardımına görə Azərbaycana minnətdarlığını ifadə edib
26 Mart 2026 15:12   Paylaş

Abbas Əraqçi Yaxın Şərqdə müharibə fonunda xaricdə qalan İran zəvvarlarına yardım göstərdiyi üçün Azərbaycana və bir sıra ölkələrə təşəkkür edib.

"Stabil.az" "Türkiye Today"ə istinadən xəbər verir ki, o, bu barədə İranın dövlət televiziyasına bildirib.

Əraqçi xüsusilə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanına ABŞ və İsraillə münaqişə zamanı xaricdə qalan İran zəvvarlarına yardıma görə təşəkkür edib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol